Tailandın Çonburi əyalətində 25 kilometrlik marafon zamanı idmançılar fillərin hücumuna məruz qalıb.
Teleqraf.com-un məlumatına görə, insident nəticəsində iki nəfər xəsarət alıb.
Qeyd olunur ki, qaçışın 10-cu kilometrində bir neçə fil insanların qarşısını çıxıb. Onları atəşlə qorxutmaq mümkün olmayıb. Fillərdən biri idmançını xortumu ilə vurub. İkinci şəxs isə qaçarkən qolunu sındırıb.
Daha sonra filləri oradan uzaqlaşdırmaq mümkün olub.