1 Sentyabr 2019 17:24
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Apple" şirkəti İOS 13 əməliyyat sistemini istifadəyə verdikdən sonra bəzi "iPhone"lar bu əməliyyat sistemini dəstəkləməyəcək.

Teleqraf.com axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı NTV yayıb.

Məlumata görə, bu əməliyyat sistemini dəstəkləməyən telefonlar "Apple"ın 2016-cı ildən əvvəl təqdim etdiyi "iPhone"lardır.

İOS 13-ü aşağıdakı "iPhone" modelləri dəstəkləməyəcək: "iPhone 6", "iPhone 5S", "iPhone SE".

Qeyd edək ki, bundan öncə "iPhone 5S" və "iPhone 6" modelləri haqda bir söz deyilməsə də, "iPhone SE"nin İOS 13 sistemini dəstəkləyəcəyi bildirilirdi.


Müəllif: Teleqraf.com