25 Sentyabr 2019 08:16
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya hökuməti sükan arxasında sosial şəbəkələrdən istifadə edən sürücülərin şəklini çəkəcək kameralar quraşdırıblar. Sözügedən texnologiya hələ ki yalnız ölkənin bir ştatında yoxlanılacaq və qanunu pozanlar 230 dollar məbləğində cərimələnəcək.

Teleqraf.com "ICTnews"a istinadən xəbər verir ki, Avstraliyanın yol təhlükəsizliyi üzrə ekspertləri smartfonlardan istifadə edən sürücülərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının artmasından narahatdırlar. Onların iddiasına görə, telefonlardan istifadə edən sürücülərin qəzaya düşmə ehtimalı 4 dəfə çoxdur.

Hökumət ştatlardan birində mobil telefonlardan istifadə edən sürücüləri aşkar etmək üçün 45 kamera quraşdırmaq niyyətindədir. Bundan sonra kameraların sayı artırılacaq.

Bu sistemlərdən hər biri iki kameradan ibarətdir. Onlardan biri avtomobilin nömrəsinin şəklini çəkir, ön şüşəyə tuşlanmış digər kamera isə sürücünün nə ilə məşğul olduğunu qeydə ala bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər