29 Noyabr 2020 17:39
4 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kayseri şəhərində axşam azanı oxunan zaman səmada minlərlə sığırçının rəqsi müşahidə olunub.

Teleqraf.com xəbər verir ki, qış aylarında tez-tez uçan bu quşların rəqsi Kayseridə Cümhuriyyət meydanında qeydə alınıb. Vəkil Fərhad Çakır quşların rəqsini telefonun kamerası ilə qeydə alıb:

“Axşam namazı qılırdım. Quşların ahəngdar rəqsini görüb telefonla çəkdim. Elə bil səmada şou göstərirdilər”.

Sözügedən görüntüləri təqdim edirik:


Müəllif: Aysel Azad

Oxşar xəbərlər