28 Dekabr 2020 17:40
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Yerin məsafədən yüksək görüntü ilə zondlanması üzrə orbitə növbəti peykini çıxarıb.

Teleqraf.com xəbər verir ki, peyki orbitə çıxaran "Böyük yürüş-4C" (Long March-4C) raketinin buraxılışı Daxili Monqolustan muxtar bölgəsindəki Ciuçuan buraxılış məntəqəsindən həyata keçirilib. "Yaogan" ailəsindən olan peyk planlaşdırılan orbitə çatıb. Raketdaşıyıcı eyni vaxtda orbitə eksperimental mikro-nano peyk də çıxıb. Hər iki peyk yer səthinin öyrənilməsi, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının qiymətləndirilməsi, təbii fəlakətlərin qarşısının alınması üçün istifadə olunacaq.

Qeyd edək ki, bu, "Long March" seriyasından 357-ci raket buraxılışı olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər