Meksikada 95 milyon il əvvələ aid olduğu təxmin edilən yeni balıq növünün qalıqları aşkar olunub.
Teleqraf.com xəbər verir ki, Meksika Universitetinin paleoekoloqu Kleyton Maqno Kantalis “Choichix alvaradoi” adlandırdıqları bu növün dünya üçün yeni cins olduğunu diqqətə çatdırıb.
Qalıqları ölkənin cənub-şərqindəki Çiapas ştatında tapılan balığın Amerikada dinozavrlarla eyni vaxtda yaşadığı təxmin edilir.
Tədqiqatçılar qalıqların Amerika mənşəli bir balıq növü olduğunu deyiblər. Qalığınn bel və anal üzgəclərində çox sayda tikanların olduğu bildirilib. Bu, 95 milyon il əvvəl, yəni dinozavrlarla eyni dövrdə yaşayan bir canlıya məxsusdur.
Kantalis tapılan növlərin mənşəyinin Meksikaya aid olduğunu söyləyib:
“Bundan əvvəl balığın Avropadan gəldiyi və Amerikanın bu bölgəsinə köçdüyünə inanılırdı. Ancaq indi ən qədim və ibtidai balıqların bu bölgədə yaşadıqlarını görürük”.