4 Sentyabr 2021 09:06
2 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaman və məkan hissini itirdiyiniz, başınızın üstündə və ayaqlarınızın altında buludların üzdüyü yerlər var. O yerlərdə sanki göy sizin ətrafınızdadır, amma eyni zamanda ayaqlarınızın altında... Boliviyanın “Salar de Uyuni planetin”dəki belə yerlərdən biri, Uyuni duzlağıdır.

Uyunidə ayaqlarınızın altı və üstü üfüqün sonsuzluğunadək göyü üzüdür. Yağışlı mövsümdən sonra su duzlağı “nəhəng güzgü”yə çevrilir. Təsadüfi deyil ki, Uyuni “dünyanın ən nəhəng güzgüsü” adlandırılır.

Ecazkar bir gözəllikdən bəhs edirik, buna görə də dünyanın hər yerindən bura böyük bir axın var, fotoaparatını götürən bu “yad planet”ə qaçır.

Uyuni 40 min il əvvəl nəhəng Minçin gölünün bir hissəsi idi. Göl tədricən qurudu və arxasında iki duzlu göl - Poopo və Uru-Uru, daha sonra isə Koypas və Uyuni duzlaqları qaldı. Bölgədə yerli Keçua hinduları üçün duz istehsalı və satışı əsas sənayeyə çevrildi. İndi də burada duz çıxarılır. Amma illik 25 min tonluq istehsal 10 milyard ton olduğu təxmin edilən duz bataqlığı ehtiyatları ilə müqayisədə dənizdə bir damladır. Solançakın 3650 metr yüksəkliyindəki dağ yaylasında yerləşən və 10 min kvadrat kilometrdən çox böyük ərazini əhatə edən duzlaq öz möhtəşəm görünüşü ilə də diqqət çəkir. Duzlağın dərinliyi 8 metrə çatır.

Gecə və ən pis hava şəraitində belə gözlərin önündə yuxuya bənzəyən bir mənzərə açılır.

Quraqlıq mövsümündə də bura inanılmaz dərəcədə gözəldir.

Təkrarsız səthi ilə göz oxşayan duz bataqlıqları təkcə turistlər üçün yox, həm də Altiplano düzənliyindən keçən nəqliyyat vasitələri üçün üçün əla avtoban rolunu oynayır.

Duz bataqlığı təkcə inanılmaz dərəcədə gözəl cansız səhra deyil, noyabr ayında flaminqolar yuva qurmaq üçün bura uçurlar.

Köhnə buxar lokomotivləri üçün bir qəbiristanlıq da var.

Burada duzdan tikilmiş oteldə qalmaq olar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər