10 Noyabr 2021 23:14
2 931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fahişəxanalar da dünyanın bir çox biznes sahələrinə təsir edən koronavirus pandemiyasından öz paylarını almağa başlayıblar.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir ildən çoxdur müştərilərində ciddi azalma yaşayan fahişəxanalar pandemiyadan ən çox zərər görən sahələrdən biridir.

Bu çərçivədə Avstriyada maraqlı kampaniya başladılıb. Vyana şəhərindəki bir fahişəxana müştərilərinə koronavirus peyvəndi vurdurmağa başlayıb.

Peyvəndlənmə nisbətlərinin aşağı olması səbəbindən müştərilərin sayının azalmasından sonra gəlirlərini artırmağa çalışan əxlaqsızlıq yuvası peyvənd etdirənlərə pulsuz 30 dəqiqəlik sauna təklif etmək qərarına gəlib. Sauna xidməti normal şəraitdə 40 avroya təklif olunur. İndiyədək əhalinin təxminən 65 faizinin peyvənd olunduğu ölkədə peyvənd olunmamış şəxslərin əyləncə məkanlarına daxil olmasını qadağan edən yeni qaydalar tətbiq edilib.

Fahişəxanadan verilən açıqlamada kampaniyanın noyabrın 1-dən başladığı bildirilib.

“Pandemiya səbəbindən müştərilərimizdə 50 faiz azalma qeydə aldıq. Bu təşəbbüslə müştərilərin sayını yenidən artıracağımıza ümid edirik”, - açıqlamada deyilib.

Qərar Avstriya hökumətinin dünən peyvənd vurdurmamış insanlar üçün yeni qaydaların tətbiqi üçün polis yoxlamalarının artırılacağını elan etməsindən sonra verilib. Hökumət peyvənd olunmayanları peyvənd etməyə təşviq etmək üçün dörd həftəlik keçid dövrü nəzərdə tutur.

Digər tərəfdən peyvənd kampaniyasından sonra fahişəxanaya ilk gedən 30 yaşlı türk Ərhan olub. Qərar üçün “əla" deyən Ərhan bildirib: “Əks halda, düzünü desəm, peyvənd vurdurmazdım”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər