27 Noyabr 2021 10:42
6 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin arxipelaqı kimi tanınan və “cəsədlərin heç vaxt çürümədəyi” deyilən Şpisbergendə (Svalbard) diqqətçəkən fəallıq yaşanır. Qlobal istiləşmədən təsirlənən bölgəyə toxum və bitki göndərilməyə başlanılıb.

Teleqraf.com xəbər verir ki, Svalbard tədiqatçılar tərəfindən “Qiyamət anbarı” adlandırılır.

Şpisbergen arxipelaqının inzibati mərkəzi Lonqyirdir. Bölgə sakinlərinin əksər hissəsi burada yaşamağa üstünlük verir. 1900-cü illərin əvvəllərində əldə edilən razılaşma ilə 40-a yaxın ölkəyə adada yaşayış məntəqələri qurmaq hüququ verilib. Bu gün bu hüquqdan yalnız Norveç və Rusiya istifadə edir. Arxipelaq yer üzündə insan cəsədinin çürümədiyi nadir yerlərdən biridir. Adaların 60%-ni buzlaqlar, dağlar və fyordlar təşkil edir.

Bəşəriyyətin son ümid yeri kimi tanınan arxipelaq etibarlı anbar xüsusiyyətlərinə malikdir. Mümkün müharibələrə və təbii fəlakətlərə qarşı tikilən anbarda dünyanın hər yerindən 500 milyondan çox toxum və bitki saxlanılır.

Son illərdə bütün qütb bölgələrində olduğu kimi Şpisbergendə də iqlim istiləşib. Bu gün Şpisbergen adaları ətrafında üzmək mümkündür. Buzların sürətlə əriməsi səbəbindən bölgədə ov üçün kifayət qədər yer tapa bilməyən qütb ayıları aclıq təhlükəsi ilə üz-üzə qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər