Ardıcıl dörd dəfə qaçış yarışında qalib gələn 102 yaşlı tailandlı kişi uzunömürlü olmasının səbəbini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” xəbər verir.
Savanq Janpram vətənində ölkənin ən yaşlı sprinteri kimi məşhurlaşıb. Fevralın sonunda 100-dən 105 yaşa qədər olan idmançılar arasında 100 metr məsafəyə qaçışda növbəti dəfə qalib gəlib. O, məsafəni 27,08 saniyəyə qət etməyi bacarıb.
Qalib uzunömürlülüyünün əsas səbəbini müntəzəm məşq hesab edir. “İdmanla məşğul olandan sonra güclü və sağlam oldum. Və məşq iştahı yaxşılaşdırır, buna görə də daha yaxşı yeməyə başlayırsan”, - deyə 102 yaşlı kişi izah edib.
O, yarışlara hazırlaşmağa kömək edən 70 yaşlı qızı ilə yaşayır. Janpram müntəzəm olaraq şəhərdə gəzintilər edir, həmçinin evin bağçasını təkbaşına təmizləyir.