2023-cü ilin iyul ayı tarixdə ən isti ay olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
NASA-nın iqlim dəyişiklikləri üzrə eksperti Qavin Şmit bildirib ki, qlobal temperatur təhlilinə görə, 2023-cü ildə Yer kürəsi rekord səviyyədə ən isti iyun ayını yaşadı. O bildirib ki, 2023-cü ilin iyul ayı isə Yer kürəsində ən isti ay olacaq:
"Biz dünyada görünməmiş dəyişikliklər görürük".
Ekspert əlavə edib ki, müxtəlif hesablamalara görə, 2023-cü il 50-80% ehtimalla rekordların ən isti ili ola bilər. Bundan əlavə, 2024-cü il daha da isti olacaq.