9 Dekabr 2023 08:43
1 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Los-Anceles ştatında aktyor Kianu Rivzin evində oğurluq olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ştatın hüquq-mühafizə orqanları məlumat veriblər.

Verilən məlumata görə, maskalı quldurlar evə soxulsalar da, polis gələnə qədər qaça biliblər. Bir neçə saat sonra evdə siqnalizasiya işə düşüb, bundan sonra polis əməkdaşları yenidən aktyorun evinə gəliblər.

Videomüşahidə görüntülərində bir neçə maskalı şəxs qeydə alınıb. Cinayətkarlar odlu silah oğurlayıblar. Oğurluq zamanı aktyor evdə olmayıb


Müəllif: Teleqraf.com