"Telegram" monetizasiyaya başlayıb, auditoriyası mindən çox olan kanalların müəllifləri reklam gəlirinin 50 faizini alacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə messenjerin saytında bildirilib.
"Bu gündən etibarən min və ya daha çox abunəçisi olan ictimai kanalların sahibləri öz kanallarında göstərilən reklamdan əldə etdikləri gəlirin 50%-ni mükafat olaraq ala bilərlər", - deyə bildirilib.
Bildirilib ki, reklam üçün ödənişin təmin edilməsi və vəsaitlərin çıxarılması üçün şirkət TON blokçeynindən istifadə edəcək.