9 İyun 14:54
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amazonun tropik meşələrinin dərinliklərində yaşayan Marubo xalqı planetin ən təcrid olunmuş yerlərindən birində yaşayır.

Teleqraf.com xəbər verir ki, qəbilə əsrlər boyu ənənəvi həyat tərzini qoruyub saxlayır.

Marubo qəbilə üzvlərinin internetlə tanışlıq hekayəsi əksəriyyətin diqqətini cəlb edib. Qəbilənin yaşlı nümayəndələri bildiriblər ki, internetin tətbiqindən sonra gənclər ənənəvi həyat tərzinə daha az maraq göstərirlər. Onların sözlərinə görə internetlə tanışlıqdan sonra qəbilə xalqı tənbəlləşib.

Qəbilənin lideri Enoque Marubo internetə çıxışın aparıcı tərəfdarıdır. Buna baxmayaraq, onlar internetə çıxışın davam etməsini istəyirlər. İnternetlə tanışlığın onlar üçün üstünlükləri olduğunu da deyirlər. Belə ki, digər kəndlərlə daha yaxşı əlaqə saxlaya, bir-birini təhlükələr barədə xəbərdar edə bilməyin onlar üçün çox vacib olduğunu vurğulayırlar. Marubo qəbiləsinin bir çox gənc üzvləri indi dünyanı səyahət etməyi arzulayırlar.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər