8 İyul 20:49
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qədim yunan şəhəri olan Heraklea Sinticada arxeoloji qazıntılar zamanı kanalizasiyadan heykəl tapılıb.

Teleqraf.com xəbər verir ki, qazıntı hazırda Bolqarıstan ərazisində yerləşən ərazidə aparılıb.

Heraklea Sintica şəhəri eramızdan əvvəl 356-339-cu illərdə kral II Filip tərəfindən salınıb. Eramızın 4-cü əsrində baş verən zəlzələ nəticəsində şəhər dağılıb.

Qazıntılar zamanı tapılan 2 metr hündürlüyündə olan heykəl zədələnməmək üçün kanalizasiya quyusuna qoyularaq üstü torpaqla örtülüb.

Arxeoloqlar hesab edirlər ki, Heraklea Sintica əhalisi xristianlığın Roma İmperiyasında rəsmi dinə çevrilməsindən sonra da heykəli qoruyub saxlamağa çalışıblar. Digər tərəfdən, heykəlin kanalizasiyaya qoyulması köhnə inancların simvolik olaraq rədd edilməsi kimi də şərh edilə bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər