19 İyul 00:27
8 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Amerikanın Amazon meşələrində xarici dünyadan tamamilə təcrid olunmuş "Mashco Piro" qəbiləsinin üzvləri çayın kənarında görünüb.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, Peruda "Las Piedras" çayının kənarında 50-dən çox "Mashco Piro" sakini var.

Görüntüləri paylaşan "Survival International" təşkilatı bu ərazidə qəbilə üzvlərinin çıxmasını meşələrin məhv edilməsi ilə əlaqələndirib.

Təşkilat bildirir ki, son illərdə bölgədə təbii qaz və neft layihələrinin başlanması və qeyri-qanuni ağac kəsilməsi səbəbindən təcrid olunmuş tayfalar yeni ərazilərə köç etməyə başlayıb.

Yerli hüquq müdafiə təşkilatı FENAMAD bildirib ki, dünyanın ən təcrid olunmuş qəbilələrindən biri, yemək axtarmaq üçün köç edir.

"Survival International"a görə, Las Piedras və Tahuamanu çayları ərazisindəki "Mashco Piro" sakinləri nadir hallarda görünür və heç kimlə çox ünsiyyət qurmur.


Müəllif: Arzu

Oxşar xəbərlər