01:26
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahzadə Harrinin deportasiyasına səbəb ola biləcək iş üzrə ABŞ-də ilk məhkəmə prosesinin vaxtı müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb .

Məlumata görə, ilk proses fevralın 5-də başlayacaq. Mühafizəkar İrs Fondu Harrinin ABŞ vizasını alarkən verdiyi məlumatların açıqlanmasını istəyir. Digər məsələ isə şahzadə narkotik istifadə edib-etmədiyini açıqlamalıdır.

O, tərcümeyi-halında kokain, marixuana və halüsinogen dərmanları sınadığını iddia edib. Fond şahzadənin viza sənədlərində deportasiya üçün səbəblər ola biləcəyindən şübhələnir. Harri hər şeyi etiraf edibsə və hələ də viza alıbsa, bu, Bayden administrasiyasını sui-istifadədə ittiham etməyə imkan verir.


Müəllif: Arzu

Oxşar xəbərlər