"Tesla" şirkəti 2025-ci ilin iyununda Texas ştatının Ostin şəhərində sürücüsüz taksi xidmətini işə salmağı planlaşdırır.
Teleqraf.com “The Verge” nəşrinə istinadən xəbər verir ki, bunu İlon Mask konfransda deyib.
"Biz kiçik işlərdən başlamaq, xidməti tədricən genişləndirmək, həm sərnişinlərin, həm də bütün yol istifadəçilərinin təhlükəsizliyinə üstünlük vermək istəyirik" - Mask çıxışında bildirib.
Maskın sözlərinə görə, özü idarə olunan avtomobillər şəxsi sahiblərinin deyil, "Tesla" şirkətinin bir hissəsi olacaq. Onlar pullu gəzintilər üçün əlçatan olacaq və sükan arxasında sürücü olmadan hərəkət edəcəklər.
Nəşr bildirib ki, bu illər ərzində "Tesla"nın baş direktoru heç vaxt gerçəkləşməyən tam avtonom avtomobillərlə bağlı dəfələrlə vədlər verdiyi üçün tənqidlərlə üzləşib.