İtaliya Senatı öz üzvlərinə itlərini işə gətirməyə icazə verən qanunu qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Adnkronos" agentliyi məlumat yayıb.
Məlumata görə, ev heyvanlarının Senata buraxılması təşəbbüsü "Puggy" adlı iti ilə işə gəlmək istəyən senator Michaela Biancofiore tərəfindən irəli sürülüb. O, bir il yarım idi ki, bu qanunu dəyişdirməyə çalışırdı.
Qaydalara edilən dəyişikliklər hər ərizəçiyə bir itlə işə gəlmək icazəsi verir. Senatorların ev heyvanları kiçikdirsə, daşıyıcıda və ya uzunluğu 1,5 metrdən çox olmayan qəfəsdə saxlanılmalıdır.