23 Oktyabr 2015 19:54
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suriyadakı gerçək durumla kənardan söylənilənlər arasında ciddi fərq var. Suriya prezidenti Putinin Əsədin müxalifətlə əməkdaşlığa hazır olması barədə dedikləri reallıqdan uzaqdır".

Bunu Teleqraf.com-a açıqlamasında hazırda Suriyada fəaliyyət göstərən Azərbaycan əsilli jurnalist Furkan Azəri Rusiya prezidentinin Əsədin müxalifətlə dialoqa hazır olması barədə fikirlərinə münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, Putinin dedikləri Suriyadakı real durumla üst-üstə düşmür: "Suriyada müxalifət dedikdə ağıla iki düşərgə gəlir. Birincisi, Suriyada qiyamı ilk başladan, 10 minlərlə üzvü öldürülən, qiyamdan öncə Əsəd rejimi tərəfindən repressiyaya məruz qalan, hazırda 100 minlərlə üzvü olan və eyni zamanda Əsəd, İŞİD, PKK-nın Suriya qolu PYD ilə döyüşən Əhrar-Şam, İslam Cəbhəsi, Feyləki Şam, Feyləki Rəhman, İslam Ordusu, Fəciril İslam, Fəth ordusu, Şam və Hələbdəki Fəth odası, Azad Suriya Ordusunun qolları - Şam cəbhəsi, Liva sultan və başqa qruplardır. Bunlar Suriya xalqının dəstəklədiyi, sayları 100 minlərlə olan gerçək müxalifətlərdir.

İkinci müxalifət, - onlara otel müxalifətçiləri deyirlər, - Suriyaya gəlməz, Əsədə qarşı vuruşmaz. Fransada oturub Azərbaycanda hakimiyyəti dəyişmək istəyənlər necə çalışırlarsa, onlar da elə işləyirlər. Suriyada savaşan mübarizlər, xalq onları tanımaz. Bunlara Suriya SMGD, Suriya keçid hökuməti, ABŞ-dakı Suriya demokratik gücləri, Əhməd Cəbra və digərlərini nümunə gətirmək olar. Putinin hansı müxalifəti nəzərdə tutduğunu deyə bilmərəm, çünki ad çəkməyib.

Furkan Azərinin fikrincə, Əsədə qarşı müxalif olan Suriya Milli Koalisiyasının başqanı Xalid Hoca siyasi həllə ən yaxın olan adamdır. O, keçən ay Rusiyaya səfər etmişdi. Hətta Cenevrədəki görüşlərə qatılmışdı. Dünyanın qəbul etdiyi isimdir. Xalid bəy "Əsədli keçid prosesi", "Əsəd idarəetmənin bir parçası olaraq qalsın" mövqeyinə qarşı olan adamdır. Xalid Hoca Anadolu Agentliyinə müsahibəsində mövqeyini açıq şəkildə ortaya qoyub. Sual olunur, Putin "Suriya müxalifəti" dedikdə kimləri nəzərdə tutur? Sağlam və real müxalifəti nəzərdə tutursa, Əsəd hər gün onları bombalayır. Qərb və Rusiyanın İŞİD-ə qarşı mücadilə iddiaları tələdir, yalandır. Reallıqda onlar İŞİD bombalamır. Türkiyənin baş naziri də açıqlamasında bildirib ki, Rusiyanın atdığı 52 bombadan ikisi İŞİD-in, qalanları isə müxalifətin olduğu yerlərə düşür. İŞİD-in Əsəd ordusu ilə heç bir sərhədi yoxdur, bir-birinə güllə atmırlar. İŞİD müxalifətlə vuruşur. İŞİD Rakka, Deri Zor, Bab kimi böyük şəhərləri Əsəddən deyil, müxalifətdən alıb. Suriya müxalifəti iki ildir ki, İŞİD ilə vuruşur, amma dünya bunu görmür. PKK-nın PYD qolu İŞİD-ə bir güllə atanda qəhrəman olur, amma müxalifəti yada salan yoxdur. Suriya müxalifəti İŞİD-ə qarşı mücadilədə 7-10 min üzvünü itiirb, amma heç kəs bunu görmür".


Furkan Azəriyə görə, xaricdəki müxlaiflər keçid hökuməti qurmağa razılaşsalar belə, daxildəki real güclər bunu qəbul etməyəcəklər: "Əsədin getdikcə güclənməsinə dair fikirlər düzgün deyil. Əgər Əsəd getdikcə güclənirsə, nə üçün ölkənin sahil əraziləri olan Tartus və Lazkiyəni Rusiyaya hədiyyə edib, rus ordusunu köməyə çağırdı. Güclü lider başqa bir ölkədən yardım istəyərmi? İki ildir ki, Əsəd Suriyada irəliləyə bilmir. Ancaq müdafiə mövqeyindədir. Müxalifət isə rejimin qəlbi sayılan və çox önəmli Lazkiyə və Hamada irəliləyişlər əldə edir. Əgər Rusiya müxalifətin üzərinə hər gün yüzlərlə bomba atmasaydı, İranın peşəkar ordusu, "Hizbullah"ın yaraqlıları Suriyada müxalifətə qarşı vuruşmasaydı, Əsəd bir ay da özünü qoruya bilməzdi. Suriyada belə bir söz var: "Əsədə yardım etməyən bir uzaylılar qalıb". Suriya xalqı Suriya müxalifətinin yanındadır və Əsədə nifrət edirlər.

Ruslan


Müəllif:

Oxşar xəbərlər