25 Noyabr 2021 20:49
4 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

12 yaşında Rusiyada adı “Qızıl Fonda” düşən Əli Muradov "Səs Azərbaycan" yarışmasına qatılıb.

Teleqraf.com-un məlumatına görə, o, Polad Bülbüloğlunun “Gəl, ey səhər” mahnısını səsləndirib.

Musiqiçi ifası ilə münsiflərdən Brilliant Dadaşovanı döndürə bilib. Münsiflər Əli Muradov haqqında xoş sözlər söyləyib, tamaşaçılar isə mahnını bir daha səsləndirməsini istəyiblər. O, həmçinin “My Way” mahnısını ifa edib.

20 yaşlı Əli Muradov Bakı Musiqi Akademiyasının 3-cü kurs tələbəsidir. O, xalq artisti, professor Gülnaz İsmayılovanın sinifində solo oxuma bölməsində təhsil alır.

Qeyd edək ki, yarışmada münsif kürsüsündə xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Eldar Qasımov və Murad Arif əyləşib.

Xatırladaq ki, Əli Muradov beynəlxalq müsabiqələr və “Qran-pri” mükafatları laureatıdır. O, bir çox ölkələrdə beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib. Ən parlaq çıxışına və səhnə mədəniyyətinə görə də dəfələrlə xüsusi təşəkkürnamə ilə də təltif olunub.

Uzun müddət Rusiyada yaşayan vokal və skripka ifaçısı Əli Muradov hələ 12 yaşında ikən adı qalib olduğu beynəlxalq müsabiqələrə görə Rusiyada "Qızıl Fond"a daxil edilib. Bu fonda adı düşən ilk azərbaycanlı olan Əli Muradovun haqqında fondun kitabında geniş informasiya dərc olunub. 11 yaşında ikən Əli Rusiyanın Novosibirsk vilayətinin qubernatoru tərəfindən "Qubernator" təqaüdünə layiq görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər