5 Mart 17:24
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-2023-cü illər ərzində Bakıda 200 küçəyə şəhid adı verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib.

Qeyd olunub ki, yerli icra hakimiyyətlərindən, eyni zamanda şəhid ailələrindən daxil olan müraciətlər şəhidin ailə üzvləri ilə razılaşdırılıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısı paytaxtın inzibati ərazisində mövcud olan 200 küçəyə şəhidin adı verilməsi barədə sərəncamlar imzalayıb.

Hesabatda vurğulanıb ki, Bakı şəhərinin inzibati ərazisində mövcu olan küçərlərin inventarlaşdırılması və adsız küçələrə adların verilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qeyd olunan məsələyə xüsusi önəm veriləcək.


Müəllif: Teleqraf.com