7 Yanvar 16:09
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ehtiyata və ya istefaya buraxılmadan öncə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilən hərbi qulluqçuların siyahısı dəyişib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişikliyi təsdiqləyib.

Belə ki, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ordudan ehtiyata buraxılan hərbi qulluqçular öz xahişinə əsasən hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyə biləcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər