17:03
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar üzrə rəsmiləşdirilən dəyişikliklə Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarının 10 nömrəli əlavəsi yeni redaksiyada təqdim edilib.

Qərarın qəbul olunduğu 1997-ci ildən bəri sənəd, dövrün və qanunvericiliyin tələblərinə uyğun şəkildə təkmilləşdirilmədiyi üçün dövlət sifarişi ilə istehsal olunan kinofilmlərin yaradıcılarına müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yaranan münasibətlər faktiki olaraq tənzimlənə bilmirdi.

Filmlərin yaradıcılarına ödənilməli olan minimum müəllif qonorarlarının, quruluş haqlarının və digər haqların məbləği denominasiyadan əvvəlki göstəricilərlə müəyyən edildiyindən, müəlliflərin əməyinin obyektiv qiymətləndirilməsi mümkün olmurdu.

Bu səbəbdən, dövlət sifarişi ilə istehsal olunan kinofilmlərin çəkilişi ilə bağlı mövcud Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarının 10 nömrəli əlavəsinə aidiyyəti qurumlarla (Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və Əqli Mülkiyyət Agentliyi) razılaşdırılmaqla Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilən layihə əsasında müvafiq dəyişikliklərin edilməsi, müəlliflərin əməyinin obyektiv qiymətləndirilməsinə zəmin yaradacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər