8 Yanvar 12:52
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, başsağlığında deyilir:

"Zati-aliləri,

Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə bağlı Zati-alinizə və həlak olanların ailələrinə Qətər Dövlətinin Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzu edirəm.

Dünyasını dəyişənlərə Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun".

Həmçinin Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani və Qətər əmirinin müavini Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani də dövlətimizin başçısına başsağlığı məktubu ünvanlayıb.

Məktubda Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə əlaqədar həyatını itirənlərin ailələrinə Qətər Dövlətinin Hökuməti adından dərin hüznlə başsağlığı verilir, yaralananların tezliklə şəfa tapmaları arzulanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər