16:06
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İham Əliyev fevralın 5-də Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Energetika Nazirliyinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə ölkədə istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1,0 (bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Sərəncamın 1-ci hissəsində göstərilən maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə tapşırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər