09:38
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"dan ayrılan futbolçu Julio Romao Macarıstan "Ferentsvaroş"una UEFA Avropa Liqasının pley-off oyunlarında kömək edə biləcək.

Teleqraf.com xəbər verir ki, Budapeşt təmsilçisi braziliyalı yarımmüdafiəçinin adını 26 nəfərlik sifariş ərizəsinə daxil edəcək. Bu, sifariş ərizəsinin verilməsi üçün son tarix olan fevralın 6-dək baş verəcək.

"Ferentsvaroş" Liqa mərhələsini 12 xalla 17-ci pillədə başa vuraraq, pley-off mərhələsinə vəsiqə qazanıb. Növbəti raundda rəqib Çexiyanın "Viktoriya Plzen" komandasıdır. İlk oyun fevralın 13-də Budapeştdə, cavab görüşü fevralın 20-də Plzendə keçiriləcək.

Hazırda Romaonun Macarıstan paytaxtında olduğu və tibbi müayinədən sonra yeni klubu ilə müqaviləni rəsmiləşdiriləcəyi bildirilir.

Qeyd edək ki, Julio Romaonun keçidi qarşılığında "Ferentsvaroş" Kadi Borgesi "Qarabağ"a qaytarıb. Kadi ilə fevralın 4-də 4 illik müqavilə bağlanılıb. Romao mövsümün ilk yarısında Azərbaycan komandasının heyətində avrokubok oyunlarında da iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər