Macarıstanın paytaxtı Budapeştdə yerləşən "Puşkaş Arena"da yanğın baş verib.
Teleqraf.com "Origo" saytına istinadən xəbər verir ki, yanğın stadionun 6-cı mərtəbəsində olub. Nəticədə iki havalandırma sistemi sıradan çıxıb.
Hadisə yerinə 5 yanğınsöndürmə maşını cəlb edilib. Yanğının baş vermə səbəbi araşdırılır. Zərərçəkənlərlə bağlı məlumat verilmir.
Xatırladaq ki, Macarıstan milli komandası rəqiblərini "Puşkaş Arena"da qəbul edir. AVRO-2020-nin 3 qrup və 1/8 final mərhələsinin 1 oyunu burada keçirilib. Stadion 67 215 tamaşaçı tutumuna malikdir.