17:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 noyabr 2024-cü ildən etibarən start verilən şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyatı prosesi yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, idman və yaradıcılıq sahələri üzrə dərnək və qruplara elektron qəbul prosesi valideynlər tərəfindən portal.edu.az saytı vasitəsilə aparılıb.

Qeyd edilib ki, elektron qəbul ilk olaraq 20 məktəbdənkənar təhsil müəssisəsində pilot olaraq həyata keçirilib.

Məktəbdənkənar təhsil müəssisələrinə ümumilikdə 13 339 müraciət qeydə alınıb. Elektron qəbulun tətbiqində məqsəd müraciət prosesinin sürətlənməsi, şəffaflıq və əlçatanlığın təmin edilməsi, eyni zamanda məktəbdənkənar təhsil imkanlarının genişləndirilməsidir.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər