17:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək planı Münxen Təhlükəsizlik Konfransında təqdim olunacaq.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“Donald Trampın Ukraynadakı qanlı və bahalı müharibəyə son qoymaq planlarını açıqlamasını səbirsizliklə gözləyirəm”, - Amerika rəsmisi bildirib.

Xatırladaq ki, Münxen Təhlükəsizlik Konfransı fevralın 14-16-da keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər