“Gürcüstan, Qazaxıstan və Azərbaycan dəmir yollarının sıx əməkdaşlığı Orta Dəhliz layihəsini reallaşdırmağa imkan yaradıb”.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze qazaxıstanlı həmkarı Oljas Bektenovla keçirdiyi görüşdə deyib.
Baş nazirin sözlərinə görə, bu marşrut Çindən Avropaya və əks istiqamətdə dəmir yolu ilə konteyner daşımaları üçün istifadə olunur.
“Orta Dəhliz”in inkişafının təşviqi və əlavə yüklərin cəlb edilməsi istiqamətində səylərin gücləndirilməsi məqsədəuyğundur. Gürcüstanın Avropa, Yaxın Şərq və Cənubi Asiya, eləcə də Mərkəzi Asiya ilə Şərqi Asiya arasında birləşdirici halqa olmaq imkanı var. Beynəlxalq marşrutlar bizə Avropa və Asiya arasında rəqəmsal mərkəzə çevrilməyə imkan verir”, - İ.Kobaxidze söyləyib.
Hökumət başçısı qeyd edib ki, Gürcüstan Qazaxıstanın enerji resurslarının, xüsusilə neft və neft məhsullarının ölkənin nəqliyyat infrastrukturu və Qara dəniz limanları vasitəsilə nəqlinin artırılması perspektivlərini alqışlayır