19:25
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd Şəra Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla görüş keçirir.

Teleqraf.com xəbər verir ki, görüş saat Türkiyə vaxtı ilə 17:00-dan etibarən Prezident Kompleksində mətbuata qapalı olacaq.

Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Şaranın həyat yoldaşı Lətifə Əl Durubi ilə görüşüb.

***

18:30

Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd Şəra Türkiyəyə rəsmi səfərə gəlib.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Əhməd Şəranı rəsmi mərasimlə qarşılayıb.

Qarşılama mərasimindən sonra prezident Ərdoğan və Əhməd Şara arasında görüş başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər