Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə rayonun Yeni Qızılca qəsəbəsində qeydə alnıb. "Opel" markalı abtomobil "Vaz" markalı maşınla toqquşub.
İlkin məlumata görə, hadisə zamanı 28 yaşlı Sevinc Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanalardan birinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.