Mərkəzi Gömrük Hospitalına yerləşdirilən tanınmış filosof-kulturoloq Niyazi Mehdinin həyat yoldaşı Dilarə Mehdi onun səhhətindəki son durum haqqında məlumat verib.
Teleqraf.com-a açıqlamasında Dilarə Mehdi deyib:
"Həyat yoldaşımın səhhəti yavaş-yavaş düzəlir. Amma hələ hərəkət edə bilmir. Bu gün xəstəxanadan evə buraxıla bilər".
Qeyd edək ki, Niyazi Mehdinin ayağının baş barmağı kəsilib.