22 Oktyabr 2020 17:16
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsə rəğmən davamlı hücum etməsini və dinc əhalini hədəfə almasını pisləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Təşkilatın bəyanatında qeyd olunub.

Bəyanatda təşkilatın Azərbaycanla həmrəyliyi, İƏT və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri vurğulanıb.

“Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır”, - bəyanatda bildirilib.


Müəllif: Teleqraf.com