24 Oktyabr 2020 08:15
1 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan yekun sülh protokolunda Ermənistanı bir də heç vaxt dikələ bilməyəcəyi qədər sıxmalı, boynuna hərbi-siyasi təminatlar, ağır təzminatlar və s. qoymağa çalışmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu filosof Ağalar Qut deyib.

Filosof Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı situasiyaya diqqət çəkib:

“Hegel müharibəni xarakterizə edərkən ağa-nökər dialektikasından çıxış edərək yazır ki, müharibənin məqsədi öldürmək yox, təslim etməkdir, daha doğrusu, qarşı tərəfin təslim etirafını eşitməkdir. Ağa olmaq üçün nökərə ehtiyac var, qalib olmaq üçün məğlubiyyətini boynuna alana ehtiyac var. Yəni müharibənin əsl məqsədi öldürmək yox, öldürmək yoluyla sındırmaqdır. Görünür, bu səbəbdən Asif Ata qatillə hərbçini ayırd edib deyirdi ki, erməni qatildir, biz hərbçi.

Azərbaycanın gördüyü iş məhz budur, Ordumuzun ən ali məqsədi adam öldürmək deyil. Azərbaycan ermənilərin paytaxtına qədər gedərək, onları hərfi mənada diz çökdürə bilərdi. Yəni klassik müharibə qanununu tamamilə yerinə yetirə bilərdi. Etməli idi də. Lakin müharibə meydanında ermənilərlə təkbətək qalıb qələbə qazansaq da yekun razılaşmada Ermənistanı yəqin ki, tək qoymayacaqlar. Başda da Rusiya olmaqla. Nəticədə Qafqazda yenə də bir erməni çibanının irini qalmış olacaq. Bu səbəbdən də Azərbaycan yekun sülh protokolunda Ermənistanı bir də heç vaxt dikələ bilməyəcəyi qədər sıxmalı, boynuna hərbi-siyasi təminatlar, ağır təzminatlar və s. qoymağa çalışmalıdır”.

Ağalar Qut Azərbaycanın öz qarşısında bir neçə imkan açdığını bildirib:

“Belə ki, İrəvan xanlığı və Zəngəzur mahalını müzakirəyə çıxarmağın tam vaxtıdır. İndiki halda Zəngəzura ordu ilə girmək tələ də ola bilər, tarixi fürsət də. Böyük ehtimal tələdir. Amma əgər Zəngəzura ordu ilə girilməyəcəksə, onda sülh danışıqlarında bu məsələlər heç olmasa ortaya gətirilməli, tələb kimi qoyulmalıdır.

Azərbaycan diplomatiyası dirəşməlidir. 1991-ci ildə Nüvədi kəndinin Ermənistana birləşdirilməsi, 1984-cü ildə Qazax tərəfdən 2 min hektara yaxın torpağımızın ermənilərə verilməsi kimi məsələlər də var hələ.
Azərbaycan diplomatiyası bütün bu tələbləri necə arqumentləşdirəcək? Bu mövzuda yaxın tarixi və beynəlxaq hüququ yaxşı bilən dostlarımız baş sındırmalı və dövlət rəhbərliyimizə öz təkliflərini indidən çatdırmalıdırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər