26 Oktyabr 2020 12:18
16 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsveçrədəki görüşlərə qədər hər iki tərəf hərb meydanında öz mövqelərini gücləndirməyə çalışacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev deyib.

Ekspert ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında humanitar atəşkəs rejiminin elan edilməsinə diqqət çəkib:

“Bu gün ABŞ-ın vasitəçiliyi ilə elan edilən humanitar atəşkəs ciddi olmayacaq. İsveçrədəki görüşlərə qədər hər iki tərəf hərb meydanında öz mövqelərini gücləndirməyə çalışacaq.

Laçın dəhlizini azad etsək, ermənilər hər bir halda sülh müqaviləsinə razı olacaq, amma bu müqavilədə siyasi-inzibati muxtariyyət danışıqların predmeti olacaq.

Ümid edirəm ki, Prezident İlham Əliyev hərbi əməliyyatları diplomatik görüşmələr sırasında da dayandırmayacaq. Gözləntim budur ki, hazırda geri qaytardığımız mövqelərə ən azı 2 rayonu qatmadan atəş dayanmayacaq.

Havaların isti keçməsi, xüsusilə cənub cəbhəsində irəliləmək üçün yaxşı fürsətdir. Şimalda məlum səbəblərdən olan durğunluğa görə döyüş əməliyyatlarının bir müddət daha uzadılması mümkündür”.


Müəllif: Mənsur Rəğbətoğlu