Rusiya ordusunun zabiti Dağlıq Qarabağda həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 17 dekabr tarixində Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb:
"Partlayış nəticəsində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb. Yaralının həyatını xilas etmək mümkün olmayıb".