13 May 2021 18:00
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tariximizin gözəl günlərindən birini yaşayırıq. İşğaldan azad edilmiş, mədəniyyət beşiklərimizdən biri olan Şuşa şəhərində müqəddəs Ramazan bayramı qeyd olundu, bayram namazı qılındı, "Xarıbülbül" festivalı keçirildi. "Xarıbülbül" festivalında cənab Prezidentimiz İlham Əliyevin çıxışı və ifalar bütün dünyaya birgə yaşayışın Azərbaycan modelinin necə olmasını bir daha göstərdi.

Bunu Teleqraf.com-a millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

O qeyd edib ki, Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun tərtib etdiyi konsert proqramı zövqləri oxşadı və bizi sevinc göz yaşlarına boğdu:

“Cənab Prezidentimizin Şuşanın ən hündür yerində yeni məscidin təməlini qoyması mənəvi həyatımızın qürurverici hadisələrindən biri oldu. Şuşanın işğaldan azad edilməsini özündə əks etdirən gün və ayı ehtiva edəcək 8 və 11 rəqəmlərinin əks olunacağı məscid eyni zamanda Şərqin nadir memarlıq incisi olacaq”.

Musa Qasımlıya görə, Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyinin bayram edilməsi müasir tariximizin hadisələrindən biri olacaq:

“Bütün bunlar göstərir ki, işğaldan azad edilmiş ərazilərimizə yeni nəfəs, yeni həyat, sülh, əmin-amanlıq gələcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər