Ermənistan parlamentinin qapalı iclasında hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatları Azərbaycan əleyhinə yönəlmiş bəyanat layihəsinin qəbulu ilə bağlı müxalifətin təşəbbüsünü dəstəkləməyib.
Teleqraf.com xəbər verir ki, parlament çoxluğu səsvermədə bitərəf qalıb.
Eyni zamanda, “Ermənistan” və “Mənim şərəfim var” bloklarının təmsil edən parlament müxalifəti (107 deputatdan 30 nəfəri) layihəni dəstəkləyib.
Bu gün Ermənistan parlamentində qapalı iclasında Qarabağ separatçılarının humanitar durumu müzakirə olunub. Təşəbbüs parlament müxalifəti tərəfindən irəli sürülüb.