28 Sentyabr 2022 12:36
2 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məncə, danışıqlar prosesində Qarabağ mövzusu tamamilə yoxa çıxıb”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan jurnalistlərlə görüşündə deyib.

“Təəssüf ki, əvvəlki görüşümüz zamanı məhz bu zalda səsləndirdiyim bütün narahatlıqlarım, deyəsən, reallaşır. Hakimiyyət bu istiqamətdə vəziyyəti düzəltmək üçün heç bir addım atmır. Mənim təəssüratlarıma görə, Qarabağ mövzusu təkcə Brüsseldə deyil, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı bütün danışıqlarda tamamilə yoxa çıxıb”, - eks-prezident bildirib.

Köçəryan artıq Qarabağ məsələsinin həllinin razılaşdırıldığını və bunun Azərbaycanın xeyrinə olduğunu söyləyib.

“Münasibətlərin tənzimlənməsində irəliləyiş olarsa, o zaman belə qənaətə gəlmək olar ki, Qarabağ məsələsində ya susmaqla, ya da susmadan razılaşma var”.

Sabiq prezident qeyd edib ki, “Qarabağın öz müqəddəratını təyinetməsi və müstəqilliyi” kimi ifadələr Ermənistan rəsmilərinin lüğətindən tamam silinib:

“Azərbaycan deyir ki, Qarabağ məsələsi həll olunub, sizinlə Qarabağ haqqında danışacaq bir şeyimiz yoxdur. Bildiyimə görə, Ermənistan o yanaşmaya qarşı mübarizə aparmır”.

Köçəryan Ermənistan hakimiyyətinin və separatçı rejimin yeni reallıqla razılaşdığını deyib.

“Bu müddət ərzində ancaq Bakıdan asılılıq artıb”, - eks-prezident vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər