“Qarabağda yerləşən Rusiya sülhməramlılarına BMT mandatının verilməsi, habelə beynəlxalq qüvvələrin mümkün cəlb edilməsi üçün münaqişə tərəflərinin razılığı lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyanın bugünkü açıqlamasına reaksiya verən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Münaqişənin hər iki tərəfi razılaşarsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Bu tərəf təkcə Ermənistan deyil, həm də Azərbaycandır”, - prezidentin sözçüsü bildirib.
Paşinyan hökumətin bugünkü iclasında bunu demişdi:
“Rusiya obyektiv və ya subyektiv səbəblərə görə Qarabağda sabitlik və təhlükəsizliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə başlamalı və Rusiya sülhməramlılarına BMT mandatı verilməsi və ya Qarabağa çoxmillətli sülhməramlı qüvvələrin göndərilməsi məsələsini qaldırmalıdır”.