Rusiya sülhməramlıları tərəfindən qeyri-qanuni erməni silahlıları üçün hərbi daşımaların mühafizəsi davam etdirilir.
Teleqraf.com Ordu.az-a istinadla xəbər verir ki, videoda sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Xəlfəli yolu ilə növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi aydın görünür.