“Fransanın göndərdiyi yüklər Qarabağa buraxılmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Xankəndidəki separatçıların “deputat”ı Metakse Akopyan deyib.
“Həmin yükləri göndərənlər (Fransa) çox gözəl başa düşürlər ki, bunlar sonsuza qədər orada (Azərbaycan sərhədində) qalacaq. Bu gün onlar bizim hisslərimizlə oynayırlar”, - separatçı bildirib.
Akopyan Azərbaycanın heç bir halda Fransadan göndərilən yüklərin sərhəddən keçməsinə icazə verməyəcəyini söyləyib.