Zəngilanın Ağalı və Cəbrayılın Cocuq Mərcanlı kəndlərində sakinlərə həyətyanı sahələrdə yetişdirmək üçün yazlıq tərəvəz şitilləri paylanılıb.
Teleqraf.com xəbər verir ki, Ağalı kəndində ümumilikdə 100 mindən çox, Cocuq Mərcanlıda isə 94 mindən çox şitil "GreenTech" MMC tərəfindən sakinlərə hədiyyə edilib.
Xatırladaq ki, pomidor, xiyar, bibər, qarpız, yemiş, badımcan, kahı, kələm şitilləri sözügedən şirkət tərəfindən ötən il də sakinlərə təqdim edilmişdi və bu aksiyanın davamlı olması nəzərdə tutulur.