25 Fevral 2019 11:06
2 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Los-Ancelesdə Amerika Kinematoqrafiya Akademiyasının “Oskar-2019” mükafatının təqdimetmə mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu, mükafatın sayca 91-ci təqdimetmə mərasimidir.

“Ən yaxşı film” nominasiyası üzrə rejissor Piter Farrellinin “Yaşıl kitab” filmi qalib olub.

Daha sonrakı nominasiyalar üzrə qaliblər belədir:

“Ən yaxşı rejissor işi” – Alfonso Kuaron, “Roma”

“Ən yaxşı kişi rolu” – Rami Malek, “Bohemiya raspodiyası”

“Ən yaxşı qadın rolu” – Oliviya Kolman, “Favorit qız”

”İkinci planda ən yaxşı aktyor” – Maherşala Əli, “Yaşıl kitab”

“İkinci planda ən yaxşı aktrisa” – Recina Kinq, “Əgər Bil küçəsi danışa bilsəydi”

“Ən yaxşı uyğunlaşdırılmış ssenari” – Spayk Li, Çarli Vaçtel, Devid Rabinoviç, Kevin Uollmott, “Qara bəxşiş”

“Ən orijinal ssenari” — Piter Farrelli, Nik Vallelonqe, Brayan Karri, “Yaşıl kitab”

“Xarici dildə ən yaxşı film” – “Roma”, Alfonso Kuaron, “Meksika”

“Ən yaxşı animasiya filmi” – “Hörümçək adam: Yerdən kənarda”

“Ən yaxşı qısametrajlı animasiya filmi” – “Bao”

“Ən yaxşı operator işi” – “Roma”, Alfonso Kuaron

“Ən yaxşı montaj” – “Bohemiya raspodiyası”, Con Ottman

“Ən yaxşı səs montajı” – “Bohemiya raspodiyası, Con Uorxerst və Nina Hartstoun

“Ən yaxşı kostyum dizaynı” – “Qara pantera”, Rut Karter

“Ən yaxşı rəssam köməkçisi” – “Qara pantera”, Hanna Biçler, Ceyn Hart,

“Ən yaxşı vizual effekt” – “İnsan ayda”

“Ən yaxşı sənədli film” – “Təklikdə azad yoxuş”

“Ən yaxşı qısametrajlı sənədli film – “Nöqtə. Təklifin sonu”, Rayka Zehtabçi

“Ən yaxşı oyun qısametrajlı filmi” – “Dəri”, Qay Nattiv

“Ən yaxşı bəstəkar” – “Qara pantera” – Lüdviq Yoransson

“Ən yaxşı mahnı” – “Ulduzun doğuluşu” Ledi Qaqa


Müəllif: Səxavət

Oxşar xəbərlər