13 Avqust 2016 15:01
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Hövsan qəsəbəsində çirkab suların dənizə axıdılması ilə bağlı daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Teleqraf.com nazirliyə istinadən xəbər verir ki, araşdırma zamanı Hövsan qəsəbəsi, Bağlar massivi adlanan ərazidə fərdi yaşayış evlərində formalaşan çirkab suların birbaşa Xəzər dənizinə axıdılması faktı öz təsdiqini tapıb.

Faktla bağlı əraziyə xidmət göstərən Suraxanı Su-Kanal idarəsinin rəisi Əbulfəz Kərimzadə barəsində akt və protokol tərtib edilib. O, İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub. Mövcud çatışmazlıqların təcili aradan qaldırılması üçün Suraxanı Su-Kanal idarəsinə icrası məcburi olan “Məcburi göstəriş” verilib.


Müəllif:

Oxşar xəbərlər