10 Sentyabr 2016 08:06
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

“WhatsApp”, “Skype”, “FaceTime” xidmətlərini göstərən şirkətlərdə islahatlar aparılacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, zəng xidmətləri və ani mesaj mübadiləsi təklif edən bu şirkətlər təhlükəsizliklə bağlı hallar barəsində xəbərdarlıq etməyə, qanun pozuntuları haqda hesabatlar təqdim etməyə və xidmətin fasiləsizliyini təmin etməyə məcburdurlar. Belə tədbirlər potensial terrorçuların ünsiyyətinə nəzarət etməyə imkan yaradır. Böyük Britaniya rəsmiləri hesab edirlər ki, xüsusi xidmət orqanları terror hücumlarının qarşısını almaq üçün bu internet xidmətlərindən istifadə edənlərin informasiyasını toplamalı və saxlamalıdır.

Avropa Komissiyası sentyabrın ortalarında öz təkliflərini təqdim etməyə hazırdır. Lakin bu təkliflər Avropa Parlamenti və Avropa Birliyinin üzvləri tərəfindən təsdiqləndikdən sonra hüquqi qüvvəyə malik olacaq.


Müəllif:

Oxşar xəbərlər