16 Noyabr 2016 08:05
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri internet üzərindən üzbəüz ünsiyyət sahəsində “Microsoft”un “Skype” və “Apple”ın “FaceTime” xidmətləri ilə rəqabət aparmaq niyyətindədir. Xidmətin nümayəndələri bildiriblər ki, yaxın günlərdə bütün əsas mobil platformalarda (“Android”, “iOS” və Windows Mobile”) videozəng funksiyası əlçatan olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, beləliklə, 1 milyarddan çox istifadəçi video ünsiyyət saxlamaq imkanı əldə edəcək. Bundan əvvəl, “WhatsApp” messencerində yalnız mətn və multimedia ilə mübadilə və səsli zənglər əlçatan idi. Videozəngə başlamaq üçün lazımi istifadəçini seçərək telefon dəstəyi şəklində nişanın üzərinə sıxmaq və açılmış menyudan videozəngi seçmək lazımdır.

“WhatsApp” şirkətindən bildirilib ki, yeni funksiya ucuz smartfonlarda, həmçinin mobil rabitənin keyfiyyəti aşağı olduqda işləyir.

Videozəng funksiyası “Skype” (“Microsoft”), “FaceTime” (“Apple”), “Viber”, “Google Hangouts”, “LINE”, “Google Duo” və başqa xidmətlərdə artıq əlçatandır. Ancaq “WhatsApp” yuxarıda sadalanan xidmətlərdən fərqli olaraq üç mobil platformada əlçatan olmaqla yanaşı, həmçinin “iOS” və “Android” sistemlərinin köhnə versiyalarında işləyir.


Müəllif:

Oxşar xəbərlər