Türkiyənin Ədirnə şəhərində qeyri-adi cinayət hadisəsi baş verib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, polis idarəsinə daxil olan məlumata əsasən avtomagistralda qaçaqmal olduğu güman edilən avtobus saxlanılıb.
Avtobusda aparılan axtarış nəticəsində salondakı gəlin cehizləri arasında 5652 paket siqaret və 11 kq-dan çox narkotik vasitə aşkarlanıb.
Hadisə ilə bağlı 4 şübhəli saxlanıb.
Kəmalə